Azərbaycanda rüşvət verən şəxslər MƏHKƏMƏ QARŞISINDA
55 milyon manatlıq ziyan müvafiq şəxslərə ödətdirilib
15 Yanvar 2015 11:21 KriminalBaş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsi 2014-cü ildə 333 şəxs barəsində 206 cinayət işinin istintaqı tamamlayaraq baxılması üçün aidiyyatı məhkəmələrə göndərilib. Lent.az-ın məlumatına görə, bunu bu gün keçirilən ilin yekunları ilə bağlı konfransda idarənin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, həmin cinayət işlərindən 16 şəxs barəsində 9 iş rüşvət alma (passiv rüşvətxorluq), 5 şəxs barəsində 4 iş rüşvət vermə (aktiv rüşvətxorluq), 43 şəxs barəsində 22 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 6 şəxs barəsində 6 iş vəzifə səlahiyyətlərini aşma, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 5 şəxs barəsində 4 iş səhlənkarlıq, 134 şəxs barəsində 79 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə, 95 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 14 şəxs barəsində 14 iş saxta sənədlərdən istifadə etmə, 2 şəxs barəsində 2 iş üzrə isə faktlarla əlaqədar olub. Məhkəmələrə göndərilən cinayət işləri üzləri vurulan 76 milyon 165 min 41 manat ziyandan istintaq müddətində 54 milyon 885 min 691 manat və ya 72%-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərində həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulan tədbirlər göndərilib.