Bakıda maskalı şəxs dövlət binasına hücum edib
Tapaçna və bıçaqla silahlanmış şəxs pulları aparıb
15 Yanvar 2015 11:16 KriminalYanvarın 14-də Bakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 19 radələrində tapança və bıçaqla silahlanmış naməlum şəxs Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" MMC-nin Sabir küçəsi70 ünvanında yerləşən 31 saylı poçt şöbəsinə basqın edib. Silahlı şəxs şöbənin əməkdaşlarını hədələyərək pul tələb edib. O, poçt şöbəsində olan 300 manata yaxın pulu götürərək aradan çıxıb. Faktla bağlı zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31