Azərbaycanda 17 yaşlı qızı oğurlayanlar ələ keçdi
14 Yanvar 2015 17:39 KriminalUcarda azyaşlı qızı qaçıran şəxslər saxlanılıb. Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün rayonun Yuxarı Şilyan kəndində baş verib. Yuxarı Şilyan kənd sakini Əfsus Ələsgər oğlu Allahverdiyev Bərdə rayon sakinləri Hüseyn və Rusif Yusif oğlu Dadaşovlarla birlikdə R.Dadaşova məxsus "Mercedes" markalı maşınla Ucar rayonunun Yuxarı Şilyan kənd sakini, 1998-ci il təvəllüdlü M.M-i zorla qaçırıblar. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Rusif və Hüseyn Dadaşovlar Zərdab rayon ərazisində saxlanılaraq şöbəyə gətirilib. Hazırda Əfsus Allahverdiyevin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31