Beyləqanda yataqxanada qadın qətlə yetirildi
14 Yanvar 2015 15:26 KriminalBeyləqanda qətl hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 12-də Beyləqan rayonunun SMD-4 qəsəbəsindəki 1 saylı yataqxananada Malikə Hüseynovanın bıçaqla qətlə yetirilmiş meyiti tapılıb. Beyləqan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş həmyerlisi Tural Bəhrəmov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31