Bakıda əcnəbilərdən ibarət mütəşəkkil dəstə zərərsizləşdirildi
14 Yanvar 2015 15:24 KriminalBakıda cibgirliklə məşğul olan mütəşəkkil dəstə yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 11-də Mərdan Qənbərov və Əlif Orucovun cibindən pul oğurlamış Gürcüstan vətəndaşları - əvvəllər məhkum olunmuş Georgia Goqolodze, Mindia Kereselidze, David Eristavi və Guram Geduadze tutulublar. Üzərlərinə baxış zamanı G.Goqolodzedən 2,035 qram, M.Kereselidzedən 2,310 qram, D.Eristavidən 1,919 qram və G.Gequhadzedən 1,942 qram tiryək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31