Sumqayıtda narkotika alverçisi yaxalandı, 1,025 kilo tiryəklə

Sumqayıtda narkotika alveri ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sumqayıt ŞPİ 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elşən Məmmədovdan 1 kiloqram 25 qram tiryək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31