Paytaxtda 90 min manatlıq dələduzluq

Bakıda 90 min manatlıq dələduzluq etmiş şəxs tutulub. Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, idarə əməkdaşları paytaxt sakini Natiq Pənahovun 90 min manat pulunu dələduzluq yolu ilə almış Yevlax rayon sakini Kənan Quliyevi tutaraq istintaqa təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31