Hadisə yerindən qaçan sürücü maşını ilə birgə tutuldu

Bakıda yol-nəqliyyat hadisəsi törətmiş sürücü yaxalanıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 12-də günorta saatlarında Bakıxanov qəsəbəsi Mehmandarov küçəsində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Bayramovu avtomaşınla vuraraq ona ağır bədən xəsarəti yetirib hadisə yerindən qaçan sürücü müəyyən edilib. Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Eldar Əhmədov idarə etdiyi "VAZ 2106" markalı avtomobillə saxlanılıb. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31