Bakıda dəhşətli partlayış

Sabunçuda ev dağıldı, ev sahibəsi həlak oldu

Bakıda yaşayış evində ev sahibinin ölümü ilə nəticələnən partlayış baş verib. Bu barədə "OLAYLAR"a Sabunçu rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib. Qəsəbə sakini Rəhilə Quliyevanın evində təbii qazdan istifadə edərkən partlayış olub. Partlayış qaz sızmasından yaranıb və nəticədə ev sahibi olan qadın ağır xəsarətlər alıb. Yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən ev sahibəsi mayın 1-də dünyasını dəyişib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31