Anasının qanını tökdü

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Kəpəz rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər Aydınbəyov küçəsində yaşayan, 1942-ci il təvəllüdlü Xəzangül Məmmədova idarəyə müraciət edərək bildirib ki, oğlu Məhəmməd Məmmədov onu bıçaqlayıb. Araşdırma zamanı məlum olub ki, Aydınbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü ruhi-əsəb dispanserində qeydiyyatda olan Məhəmməd Məmmədov əlindəki mətbəx bıçağı ilə anası Xəzangül Məmmədovaya xəsarət yetirib. Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31