Qaçaqmal yolu ilə siqaret və spirtli içki idxalının qarşısı alınıb
12 Yanvar 2015 16:12 KriminalÖtən il gömrük orqanları tərəfindən alkoqollu içkilərin, etil spirtinin və tütün məmulatlarının idxalı zamanı vergidən yayınma və aksiz markalarının tətbiqi qaydalarının pozulması hallarının qarşısının alınması üçün qəti tədbirlər görülüb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, aksiz markasız və ya digər qanunsuz yollarla ölkəyə gətirilməsinə cəhd göstərilən 12 076 476 ədəd xaricdə istehsal olunan siqaret, 1152 litr və 5792 ədəd spirtli içki, o cümlədən 525000 ədəd digər ölkələrin aksiz markaları və 4 top saxta aksiz markaları saxlanılıb. Eyni zamanda 2014-cü ildə konrtafakt və saxta malların qaçaqmalçılığına qarşı tədbirlər gücləndirilib, 3 fakt üzrə hüquqpozmanın predmeti kimi götürülüb 12,5 kq kiflənmiş yağ məmulatı, 500 qram balıq kürüsü, 16 kq kiflənmiş pendir, 9 kq sosiska, 32 kq kolbasa, 24,3 kq kolbasa məmulatları, 68 ədəd müxtəlif markalı molbil telefonlar keyfiyyətsiz, istehsal və son müddəti başa çatdığından kontrafakt (saxta) mallar qismində sənədləşdirilərək qanunvericiliyə uyğun qanunsuz dövriyyədən çıxarılıb.