Bakıda gün ərzində 27 cinayət faktı qeydə alınıb
6 Sentyabr 2012 20:49 KriminalBakı şəhərində gün ərzində 27 cinayət faktı qeydə alınıb, onların da 10-u "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb. Bu barədə "Azadinform"a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Axtarışda olan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Bakı şəhər avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Bakı şəhər polis orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli olduğuna görə 7 nəfər tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31