Bakıda şadlıq evində oğurluq oldu
12 Yanvar 2015 15:13 KriminalBakıda şadlıq evində oğurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, yanvarın 9-da Binəqədi qəsəbəsi ərazisində yerləşən "White-Palase" şadlıq evində orada işləyən Göyçay rayon sakini Cəsarət İsmayılovun mobil telefonu oğurlanıb. Binəqədi rayon polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Uğur Hüseynov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31