Azərbaycan daha bir biznesmeni axtarışa verib
12 Yanvar 2015 15:03 KriminalAzərbaycan daha bir türkiyəli iş adamını beynəlxalq axtarışa verib. APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunur ki, Türkiyə vətəndaşı, 64 yaşlı Arif Hüseyn Üçlər külli miqdarda vergidən yayınmaqda təqsirli bilinir. Arif Hüseyn Üçlər Azərbaycanı tərk etdiyi üçün onun barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Arif Hüseyn Üçlər Azərbaycanda bizneslə məşğul olurmuş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31