Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb
12 Yanvar 2015 13:41 Kriminal2014-cü ildə gömrük orqanları valyuta və valyuta sərvətlərinin Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi üzərində nəzarəti həyata keçirərkən qanunvericiliyin tələblərini pozan şəxslərdən 514500 ABŞ dolları, 72100 avro, 630000 rus rublu, 730,6 qram qızıl, 130 ədəd qızıl zinət əşyaları, 62 kq 429 qram gümüş aşkar olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hesabat ilində həmçinin 127 ədəd bədii, tarixi, arxeoloji əhəmiyyət kəsb edən əşya, 1 910 000 ədəddən çox petarda və digər pirotexnika məhsulları, 38 ədəd elektroşoker, 12 ədəd odlu silah patronu, 2 ədəd ov silahı, 64 ədəd ov silahlarının sursat və ləvazimatları, 8 ədəd qaz silahı və 57 ədəd qaz silahı üçün patron, 27 ədəd pnevmatik silah və 2398 ədəd pnevmatik silah üçün sursat, 4 kq 600 qram civə, 772 ədəd soyuq silah, 979 ədəd televizor, 1643 ədəd məişət texnikası, 1054 ədəd mobil telefon və 2183 ədəd telefon aksesuarları, xeyli miqdarda dərman vasitələri, baytarlıq və bitki dərmanları, 4 kq-dan çox qara kürü, 9470 ədəd parfümeriya və kosmetika ləvazimatları və digər mallar tutulub.