Bakıda maskalı şəxslər qadının evinə basqın edib
12 Yanvar 2015 12:36 KriminalBakıda quldurluq hadisəsi baş verib. Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Aynurə Balakişi qızı Rüstəmova polisə yazdığı ərizədə bildirib ki, ötən gün saat 20:00 radələrində yaşadığı Voxr küçəsi, ev 34-ə 4 nəfər maskalı şəxs hücum edərək, ona bıçaqla hədə qorxu gəlib, 480 manat pulunu, "Samsung Galaxy" markalı mobil telefonunu və əl çantasında olan 5 manat pulu götürüblər.
Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31