Bakıda əməliyyat: avtomobildən silah tapıldı

Bakıda polis əməkadşları avtomobildən silah aşkarlayıb. Lent.az-ın Bakı şəhər Baş Polis İdarəsinə istinadən məlumatına görə, Xəzər RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1959-cu il təvəllüdlü Tofiq Həsənova məxsus "KIA" markalı avtomobildən 16 kalibirli İJ modelli lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar  olunaraq götürülüb. Faktla bağlı CM-nin 228-ci maddəsi ilə cinayət işi başlanıb.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31