Dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub
9 Yanvar 2015 16:56 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Müşfiq İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. İsmayılov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, M. İsmayılov Dövlət Neft Şirkətinin adından istifadə edərək vətəndaşları işə düzəltmək adı ilə 10 min manat pul mənimsəməkdə təqsirləndirilir. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31