Kirayə otaq axtaran qadını zorladılar
6 Sentyabr 2012 17:47 KriminalGəncə Ağır Cinayətlər Məhkəməsində zorlama cinayətində ittiham olunan 3 nəfərin məhkəməsi başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İlham Qafarov 8 il, Elxan Məmmədov 7 il, Pərviz Hasilov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, İ. Qafarov və E. Məmmədov Gəncə şəhərinin mərkəzi meydanında yerləşən "Şah Abbas" məscidinin yaxınlığında V. T. görərək, onunla zorla cinsi əlaqədə olmaq barədə qərara gəliblər. Qadına yaxınlaşan həmin şəxslər ondan nə axtarmasını soruşublar. V. T. kirayə ev axtardığını deyib. Onlar V. T. kirayə ev tapmaqda köməklik göstərəcəklərini deyiblər. Bundan sonra cinayətkar niyyətlərini həyata keçirmək üçün İ. Qafarov Gəncə şəhəri, Tereşkova küçəsi, ev 41, mənzil 11-də kirayədə yaşayan tanışları P. Hasilova telefonla zəng edərək niyyətləri barədə ona məlumat verib. Adıçəkilən şəxslər V. T. aldadaraq kirayə tapmaq adı ilə yuxarıda qeyd olunan ünvana aparıb orada qadına bıçaqla hədə-qorxu gəlib onu zorlayıblar. Qadın polisə şikayət edib və üç nəfər tərəfindən zorlandığını bildirib. Gəncə polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qadının zorlayan şəxslər müəyyən edilib və onlar həbs edilib.