Rusiyada axtarışda olan sürücü Azərbaycanda tutulub

Rusiyada axtarışda olan azərbaycanlı tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyada axtarışda olan Telman Hüseynov tutulub.

Qeyd edək ki, T.Hacıyev barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsi (ölümlə nəticələnən yol nəqliyyat hadisəsi) ilə axtarış élan edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31