Rusiyada vətəndaşı Azərbaycanda yol qəzasında öldü
9 Yanvar 2015 14:37 KriminalGürcüstan vətəndaşının avtomobili ilə Azərbaycan vətəndaşının traktorunun toqquşması nəticəsində Rusiya vətəndaşı ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 8-də saat 20 radələrində Goranboy rayonunun Borsunlu kəndində Gürcüstan vətəndaşı Cavanşir Çavuşun idarə etdiyi "VAZ-21065" markalı avtomobillə Göygöl rayon sakini Ayaz Həsənovun idarə etdiyi "MTZ-80" markalı traktor toqquşub. C.Çavuşun sərnişini - Rusiya Federasiyası vətəndaşı Sahib Mustafayev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31