Gəncədə dələduzluq edən şəxs saxlanıldı
Gəncədə dələduzluq hadisəsi baş verib
9 Yanvar 2015 11:58 KriminalKəpəz Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Gəncə şəhər sakini, 1967-ci il təvəllüdlü Cümşüd Allahverdiyev idarəyə müraciət edərək Elşən adlı şəxsin ondan 4 min 500 manat pul alaraq qaytarmadığını bildirib. Araşdırma zamanı məlum olub ki, ötən ilin noyabr ayında Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü, məhkumluq həyatı yaşamış Elşən Qarayev C. Allahverdiyevin saxlanılan oğlu Cavid Allahverdiyevin həbs edilməyəcəyini vəd verərək 4500 manat pulunu dələduzluq yolu ilə mənimsəyib. Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31