8 yaşlı qız dərmandan zəhərlənib

Zaqatalada 8 yaşlı qız zəhərlənib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Aşağı Tala kənd sakini, 2007-ci il təvəllüdlü  Şəbnəm Vəli qızı Butayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, 8 yaşlı Şəbnəm Butayeva bilməyərəkdən bir-neçə dərman qəbul etdikdən sonra zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Şəbnəm Butayevaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31