Qatil qadın məhkəmə qarşısında
8 Yanvar 2015 15:51 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən Nailə Atayevanın məhkəməsi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə iclası yanvarın 15-də davam etdiriləcək. İttihama görə, 2014-cü ilin iyunun 17-də A.Mustafayev küçəsində yaşayan 1960-cı il təvəllüdlü Nailə Atayeva yaşadığı evdə şəxsi münasibətlər zəminində Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Lalə Vəliyevanın baş nahiyyəsindən üç dəfə çəkiclə vuraraq qətlə yetirib. Qətli törətmiş Nailə Atayeva Nəsimi Payon Rayon İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31