Məhərrəm Əliyev yol qəzasında öldü
6 Sentyabr 2012 16:02 KriminalBakıda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə sentyabrın 3-də saat 01.00 radələrində Xətai rayonu ərazisində baş verib. Bakı şəhər sakini Məhərrəm Əliyev "Hyundai" markalı avtomaşını idarə edərkən onu yolun kənarındakı beton dirəyə vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü sentyabrın 5-də orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31