Şamaxıda anasını qətlə yetirən oğul məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını amansızlıqla öldürməkdə təqsirləndirilən Şamaxı rayon sakini, 1997-ci il təvəllüdlü Mahmud Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib.  Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış vaxtı yanvarın 12-ə təyin olunub. Hadisə 2014-cü ilin avqustun 4-də Şamaxı rayonunun Hacı Məmmədov küçəsindəki 52 saylı mənzildə qeydə alınıb. 1997-ci il təvəllüdlü Mahmud Nağıyev anası, 1975-ci il təvəllüdlü Pərvanə Nağıyevanı bıçaqlayaraq öldürüb.

Qeyd edək ki, Mahmud Nağıyev qadının yeganə övladıdır.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31