Jurnalisti maşın vurub öldürdü
6 Sentyabr 2012 16:01 KriminalSentyabrın 5-də Azərbaycanda jurnalisti avtomobil vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat veriblər. Hadisə gecə saat 22 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində baş verib . Sumqayıt şəhər sakini İsmayıl İsmayılov "KİA" markalı avtomaşını idarə edərkən yolu keçən Bakı şəhər sakini Murad İsmayılzadəni vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Xatırladaq ki, Murad İsmayılzadə "Səs" İnformasiya Agentliyinin müxbiri idi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31