İmişlidə “Mercedes” iki “Kamaz”la toqquşdu, iki nəfər öldü
6 Sentyabr 2012 15:59 Kriminalİmişlidə dəhşətli yol qəzası baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Hadisə sentyabrın 5-də saat 22.00 radələrində İmişli rayonunun Allahmədətli kəndi ərazisində baş verib. Rayon sakini Namiq Zeynalov "Mercedes" markalı avtomaşını idarə edərkən onu Ağsu rayon sakinləri Ruslan Məmmədovun idarə etdiyi "KamAZ" markalı, sonradan isə idarəetməni itirdiyindən qarşıda gedən Rəfayel Baxşıyevin idarə etdiyi "TATRA" markalı avtomaşınlara vurub. Nəticədə N.Zeynalov və sərnişini Mehparə Həsənova aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31