Vətəndaşları hədələyib pul tələb edən dəstə üzvü ələ keçdi

Bakıda vətəndaşlara hədə-qorxu gələn dəstənin daha bir üzvü yaxalanıb. Bu barədə Daxili İşlər nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Bakı BPİ DYPİ və Səbail RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 5-də Salyan rayon sakinləri Namus Qiyamovdan və Tofiq Abbasovdan hədə-qorxu gələrək pul tələb etmiş qrupun digər üzvü - Neftçala rayon sakini Pünhan Sayılov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31