DİN Sahil bağındakı dəhşətli qətl barədə məlumat yaydı
7 Yanvar 2015 14:23 KriminalDaxili İşlər Nazirliyi Bakıda Sahil bağında törədilən dəhşətli qətl barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 6-da Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla xəsarət yetirib. H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə xəstəxanaya yerləşdirilib.
Səbail RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31