Bakıda marşrut avtobusunda soyğunçuluq törədilib
7 Yanvar 2015 11:26 KriminalBakıda marşrut avtobusunda soyğunçuluq yolu ilə vətəndaşın pulunu talayıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Quba rayon sakini, 1993-cü il təvəllüdlü Artyom Əliyev tutulub. A.Əliyev yanvarın 5-də axşam saatlarında 40 saylı xətt avtobusunda soyğunçuluq yolu ilə Bakı şəhər sakini 1971-ci il təvəllüdlü Elnur Məhərrəmovun 50 manat pulunu talayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31