Azərbaycanlı aktyor həbs edildi

Azərbaycanlı aktyor Əlibəy Dadaşov həbs edilib. Səbail rayonu 9-cu Polis Bölməsinin əməkdaşlarının apardıqları axtarış-əməliyyat tədbirləri nəticəsində "Kabusun kölgəsi" serialında rol alan və "Azəri Star 2011" layihəsinin rəhbəri, 1965-ci il təvəllüdlü Dadaşov Əlibəy Əlisəfa oğlunu saxlayıblar. Onun barəsində həbs qətimkan tədbiri seçilib. Milli.Az vesti.az-a istinadən xəbər verir ki, Dadaşov dələduzluqda və külli miqdarda pul mənimsəməkdə ittiham olunur. O, müxtəlif banklardan və fiziki şəxslərdən külli miqdarda borc pul alıb və qaytarmayıb. Bəzi məlumatlara görə, o, şou-biznesin yeni başlayan nümayəndələrinin promosyonu ilə də məşğul olub. Dadaşov öz qardaşının evində saxlanılıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31