Azərbaycanda narkobaron yaxalandı, 15 kilo narkotika ilə

Azərbaycanda narkotika satışı ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gəncə ŞBPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Elçin Əliyevdən 13,5 qram marixuana götürülmüşdür. Onun Gəncə şəhərində kirayədə yaşadığı evə baxış zamanı isə 15 kiloqram 200 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31