Bakıda silahlı heroin alverçisi yaxalandı
6 Yanvar 2015 14:56 KriminalBakıda daha bir silahlı şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliin saytına istinadən yaydığı məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovdan 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş "Mauzer" markalı tapanca, 8 ədəd patron və 1 ədəd patron darağı götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31