Silah-sursat və külli miqdarda narkotik tapıldı
6 Yanvar 2015 11:58 KriminalBakı şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşları əməliyyat keçiriblər. "Qafqazinfo" Bakı şəhər BPİ-ə istinadən xəbər verir ki, Sabirabad rayon sakini 1965-ci il təvəllüdlü Nağı Həmidovdan 5 kiloqram 100 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Rəşad Hüseynovdan 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı "Mauzer" markalı tapanca və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31