Rektor və arvadı evinin yaxınlığında güllələndi...

Hadisə Sankt-Peterburqda baş verib. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, Sankt-Peterburqun Leninqrad vilayətinin Vsevolojck şəhərində Xidmət və İqtisadiyyat Universitetinin rektoru həyat yoldaşı ilə birlikdə silahlı hücuma məruz qalıb. Rektor həyat yoldaşı ilə birlikdə şəxsi avtomobili ilə evinə yaxınlaşarkən naməlum silahlı şəxslər avtomobili gülləbaran edib. Hadisə nəticəsində rektor dərhal dünyasını dəyişib, həyat yoldaşı isə ağır vəziyyətdə hospitala yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31