Bakıda qadına qarşı cinayət törədən 22 yaşlı oğlan tutuldu
6 Yanvar 2015 11:10 KriminalBakıda oğurluq etdiyinə görə axtarışda olan şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 4-də Tolstoy küçəsində yerləşən mağazada Bakı şəhər sakini Aysel Gəraybəyliyə məxsus mobil telefonu masanın üzərindən gizli şəraitdə oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Vüsal Dadaşov tutulub. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31