Qardaşı arvadını amansızlıqla öldürdü
5 Yanvar 2015 16:32 KriminalYevlaxda qətl törədilib. Lent.az-ın məlumatına görə, rayon sakini Nuranə Abdullayeva bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində Nuranə Abdullayevanın qaynı Samir Abdullayev tərəfindən qətlə yetirilməsi məlum olub. O, polis tərəfindən saxlanılıb. S.Abdullayev istintaqa ifadəsində qətli qısqanclıq zəminində törətdiyini deyib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31