Sabunçuda dəhşətli qəza-ölən var

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sabunçu rayonu ərazisində 2 "VAZ" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti məlum olmayan sürücü hadisə yerində vəfat edib. Deformasiyaya uğramış avtomobildə sxılmış vəziyyətdə qalmış sürücünün cəsədi xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31