Moskvada Azərbaycan vətəndaşına qarşı quldurluq
5 Yanvar 2015 15:28 KriminalRusiya paytaxtında Azərbaycan vətəndaşına qarşı quldurluq edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, hadisə paytaxtın cənubunda baş verib. Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə əyləşən 4 nəfər sərnişindən biri əlindəki qaz balonunu Azərbaycan vətəndaşının gözünə püskürdüb. Sürücü özünü avtomobildən yerə atıb. Dəstə üzvləri avtomobili qaçıraraq hadisə yerindən uzaqlaşıblar. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31