“Bandotdel”dən əməliyyat

Keçirilən əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə götürülüb

Masazır sakinindən külli miqdarda narkotik götürülüb. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən keçirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi "Mercedes" markalı avtomobildə 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilib. Narkotik vasitələrin haradan və kimdən alındığı araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı araşdrma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31