Avtomobildə “narkomağaza” aşkar edildi
5 Yanvar 2015 15:01 KriminalAbşeron rayon sakininin avtomobilindən külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonu Masazır qəsəbə sakini Mirzə Manafovun idarə etdiyi "Mercedes" markalı avtomobildən 1 kiloqram heroin, 3 kiloqram tiryək və 2 kiloqram marixuana aşkar edilərək götürülüb. Faktla əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31