Bakıda keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb
5 Yanvar 2015 14:32 KriminalBakıda astaralı keçmiş məhkumdan yarım kilodan çox heroin götürülüb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı şəhər BPİ Narkotiklə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Astara rayon sakini, əvvəllər məhkum olunan, 1979-cu il təvəlladlü Şaiq Quliyev saxlanılıb. Saxlanılarkən ondan 503,127 qram heroin aşkar olunaraq götürülüb. Faktla əlaqədar araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31