Ali Hərbi Məktəbinin keçmiş rəisinin məhkəməsi başlayıb
30 Dekabr 2014 16:45 KriminalBakı Hərbi Məhkəməsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin (AAHM) keçmiş rəisi, polkovnik Mirzəli Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, iclasda dövlət ittihamçısı ittiham aktını elan edib. Növbəti məhkəmə prosesi yanvarın 13-nə təyin edilib. Xatırladaq ki, AAHM-in sabiq rəisi M. Yusifov Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilir.
Qeyd edək ki, M. Yusifov əvvəllər Müdafiə Nazirliyinin 112 saylı alayının (sülhməramlı tabor da bu alayın tərkibindədir) komandiri olub. Daha sonra AAHM-ə qərargah rəisi təyin edilən M. Yusifov bir neçə il hərbi məktəbin rəisi vəzifəsini icra edib. Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra M. Yusifov vəzifədən uzaqlaşdırılıb.