Qadının 5 min manatını alan dələduz yaxalandı

Bakıda daha bir dələduz yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 18-də Fəxrəndə Qasımovanın etimadını qazanıb dələduzluq yolu ilə 5000 manatını almış Qobustan rayon sakini Vitali Mehdiyev saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31