Bakıda içi pulla dolu seyfi oğurladılar

Bakı şəhərində mağazadan içərisində külli miqdarda pul olan seyf oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, paytaxtın Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 25-də Novruz Bayramova məxsus mağazadan içərisində 21070 manat olan seyfi oğurlayan Bakı şəhər sakini Elçin Əhmədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31