Nəqliyyatın daha bir qurbanı-polkovnik-leytenant qadın faciəli şəkildə ölüb

Azərbaycan Daxili Qoşunların polkovnik-leytenantı faciəli şəkildə ölüb.Kəllə-beyin travması ilə Daxili Qoşunların hospitalına yerləşdirilən Daxili Qoşunların Baş İdarəsinin sanitar-epidemioloji dəstəsinin rəisi Xanımzər Nabatəliyeva dünyasını dəyişib.Aparılan araşdırmalar zamanı X. Nabatəliyevanın bir neçə gün əvvəl 165 saylı xətt avtobusundan yıxılaraq xəsarət aldığı məlum olub. Aldığı xəsarətlər ağır olduğundan onu xilas etmək mümkün olmayıb.Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31