Bakıda kişini adamların gözü qarşısında bıçaqladılar
Bıçaqlanan şəxs xəstəxanaya yerləşdirilib
26 Dekabr 2014 18:28 KriminalBakının Yasamal rayonunda 49 yaşlı kişini küçədə bıçaqlayıblar. Yasamal Rayon Polis İdarəsi 29-cu polis bölməsindən anspress-ə verilən məlumata görə, dünən axşam saatlarında Dadaş Bünyadzadə küçəsində insanların gözü qarşısında bir nəfər hücuma məruz qalıb. Bıçaqlanan şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı bıçaqlanan şəxsin Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Rasim Nüsrət oğlu Dadaşov olduğu məlum olub. Lakin hadisənin hansı səbəbdən və kim tərəfindən törədildiyi hələlik məlum deyil. Rasim Dadaşovun vəziyyəti ağır olduğu üçün ifadə də verə bilməyib. Faktla bağlı araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31