Bakıda dələduzluq edən kişiyə 9 il həbs
26 Dekabr 2014 16:08 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sərdar Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə hökm oxunub və S. Bağırovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyi açıqlanıb.
Qeyd edək ki, S. Bağırov Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31