Bakıda avtomobillər qaçıran qadın yaxalandı

Bakıda avtomobilləri qaçırmaqla məşğul olan qadın yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, dekabrın 20-də avtomobil qaçırdığına görə tutulmuş Rəqsanə Quliyevanın ətrafında Xəzər RPİ 1-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun noyabrın 18-də Rasim Dadaşova məxsus "Mercedes" markalı avtomobili qaçırması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31